Ermənistanın Qarabağ üzrə işçi qrupundakı nümayəndəsi məlum oldu


Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupunda ölkəsini təmsil edəcək.



“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

M.Qriqoryan 2018-ci ilin aprel dəyişikliyindən sonra Rusiya ilə iqtisadi əlaqələr üzrə sahəni idarə edib. Bundan başqa, o, Ermənistanın maliyyə sisteminin inkişafı məsələlərinə cavabdehlik daşıyır.

Qeyd edək ki, yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı 4 maddəlik üçtərəfli bəyanatın 1-ci müddəasında bildirilib: “2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu