Qarabağda yeni savaş olacaq?


Qarabağın 3/4 hissəsinin əldən çıxmağı ilə əsla razılaşan deyilik. Yaxın vaxtlarda yeni savaş olacaq. Qisas müharibəsinə başlayacağıq və daha da irəli gedəcəyik.



AFN Milli.az-a istinadla xəbər verir ki, bunu Dağlıq Qarabağdakı terrorçu xuntanın yeni "Təhlükəsizlik Şurası"nın katibi Vitali Balasanyan deyib.

Ermənistan İctimai Televiziyasına verdiyi müsahibəsində o, Qarabağda silahlı qüvvələrin tam dəyişəcəyini, mobil ordu yaradılacağını, habelə hərbi polis, antiterror və xüsusi təyinatlı qüvvənin təsis ediləcəyini bəyan etmişdi.

Ermənistanda da belə bəyanatlar səngimir. Ermənilər revanş, qisas duyğuları ilə yaşadıqlarını, məğlubiyyətlə barışmayacaqlarını və yenidən hərbi əməliyyatlara başlayacaqlarını deyirlər.

Belədirsə, Qarabağda yeni savaş ola bilərmi?

...Prezident İlham Əliyev bəyan edib: "Əgər kimsə Ermənistanda bu gün revanş hissi ilə yaşayırsa, böyük səhv edir. O 44 günlük müharibəni onlar heç vaxt unutmasınlar. Bundan sonra əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa, elə dərsini alacaq ki, o 44 günlük müharibə onun yanında yalan olacaq".

Aşkar, konkret və dəqiq açıqlamadır.

İkinci Qarabağ Savaşında darmadağın edilmiş Ermənistan ordusunun potensialı, hərbi, maliyyə, texniki imkanları və ən başlıcası, insan resursları və səfərbərlik balansı İrəvana yenidən hərbi əməliyyatlara başlamağa imkan vermir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu