Əsirlikdən qayıdan hərbçi: "Beynəlxalq təşkilatlara şikayətlərimizi demirdik"
“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçumuz Ələkbərov Ömər Teymur oğlu deyib.
“Onlar gəlib bizə psixoloji təsirlər də edirdilər. Bir sözlə, sinirlərimizə toxunurdular. Əlimiz-qolumuz bağlı olduğu üçün heç nə edə bilmirdik”, - o bildirib.