Andrey Şevçenko "Çelsi"nin baş məşqçisi ola bilər


Futbol üzrə Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko İngiltərənin "Çelsi" klubuna rəhbərlik edə bilər.

"Report" "Le10sport" nəşrinə istinadən xəbər verir ki, bu variant hazırkı baş məşqçi Frenk Lempardın istefaya göndəriləcəyi təqdirdə mümkün sayılır.

Qeyd edək ki, Andrey Şevçenko futbolçu olduğu vaxt - 2006 - 2008-ci illərdə "Çelsi"nin formasını geyinib.

"Zadəganlar" Lempardın rəhbərliyi ilə son 6 matçda 1 qələbə qazana bilib. Belə davam etsə, klub rəhbərliyi ingiltərəli mütəxəssisi qovacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu