Andrey Şevçenko: “Milan”ın baş məşqçisi olmaq mənim xəyalımdır”


“Düşünürəm ki, bundan sonra “Milan” daha artığına nail olacaq. Komanda inkişaf edir və təkmilləşir”.



Apasport.az saytının məlumatına görə, bunu Ukrayna milisinin baş məşqçisi Andrey Şevçenko deyib.

Futbolçu karyerasının ən parlaq dövrünü “Milan”da keçirən sabiq hücumçu İtaliya təmsilçisinə qayıtmaq perspektivinə münasibət bildirib. O, sabiq komandasına baş məşqçi kimi dönməyinin xəyalı olduğunu gizlətməyib: “Milan”ın Çempionlar Liqasına vəsiqə qazanacağına ümid edirəm. “Milan”ın baş məşqçisi olmaq mənim xəyalımdır. Amma hələ baxaq görək necə olur. Bu, çox gözəl olardı”.

Qeyd edək ki, Şevçenko 2016-cı ildən Ukrayna millisini çalışdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu