Şirvan şəhər xəstəxanasında möhür problemi: "Korrupsiyadan mənə zəng gəlib..."-VİDEO


Şirvan Şəhər Mərkəzi xəstəxanasının direktoru İlham Mustafayev iş saatında yerində tapılmır.



AFN-in xəbərinə görə, bununla bağlı jurnalist Mahir Xəttab məlumat verib. Qohumlarının da qeyd edilən xəstəxanada problemlərlə üzləşdiyini deyən jurnalist qeyd edib ki, üstəlik bu gün xəstəxanın baş hakimi də işdən çıxıb: "Səbəbi bilinmir. Bir çox xəstənin vəziyyəti ağır olduğu üçün Bakıya və digər rayona getməlidir. Amma onların göndəriş kağızına möhür vuran yoxdur. Direktor da "möhür vurmaq mənim işim deyil, həm də korrupsiyadan mənə zəng gəlib, möhür vura bilmərəm" deyib.
Təsəvvür edin, səhər saat 9-dan insanları gözlədib "direktorun qonağı var, saat 4-dən sonra gəlin" deyirdilər, indi də direktor İlham Mustafayev deyir mənim işim deyil, mən möhür vura bilmərəm".
Məsələ ilə bağlı TƏBİB-dən bildirildi ki, xəstəxana üzrə məsul şəxsə şikayətlə bağlı məlumat verilib: "Həmin vaxt məsul şəxs icbari tibbi sığorta ilə bağlı iclasda olub. Digər bir məsələ isə odur ki, son vaxtlar Bakıya gəlmək üçün rayon xəstəxanalarından saxta arayış almağa cəhd edənlər var. Bunun qarşısını almaq üçün həmin şəxslərin arayışına göndəriş üçün möhür vurulmur. Bu da öz növbəsində həmin vətəndaşlarımızın narazılığına səbəb olur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu