Türkiyəli məşhur mütəxəssis koronavirusa yoluxdu
Türkiyəli futbol məşqçisi Bülent Uyqunda koronavirus aşkarlanıb.
"Report" xəbər verir ki, 49 yaşlı mütəxəssis bu barədə sosial şəbəkə hesabından paylaşım edib.
O hazırda özünü yaxşı hiss etməyidiyini söyləyib: "Yaxşıyam" desəm yalan olar, "pisəm" desəm inancıma toxunar. Nəyi yaşasam şükr edirəm. Dua edirəm və dostlardan da bunu gözləyirəm. Allah ölkəmdəki bütün xəstələrə şəfa versin".
Qeyd edək ki, Bülent Uygun son olaraq "Denizlispor"un baş məşqçisi olub.