“Reuters”: “Eta” tropik fırtınası azı 5 nəfərin ölümünə səbəb olub


Çərşənbə günü tropik depressiya səviyyəsinə qədər zəifləyən tropik “Eta” fırtınası səbəbindən Mərkəzi Amerikada azı 5 nəfər ölüb.



“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, təbii fəlakət səbəbindən hazırda Atlantik okeanında olan onlarla dənizçi çətin vəziyyətdə qalıb. Fırtınanın “zərbə vurduğu” Nikaraqua və Hondurasda evlərin, yolların və körpülərin ziyan gördüyü bildirilib.

ABŞ-ın Qasırğaları İzləmə Milli Mərkəzinin məlumatına görə, atmosfer fenomeni daxilində küləyin sürəti 15,2 metr/saniyəyə enib. “Eta”nın episentri Hondurasın La Seyba şəhərindən 185 km cənub-şərqdə yerləşir. Fırtına 11 km/saat sürətlə şimal-qərb istiqamətində irəliləməyə davam edir. Meteoroloqların təxminlərinə görə, o, Mərkəzi Amerikanın müxtəlif yerlərinə güclü yağış və sel gətirəcək.

Noyabrın 4-də Kosta Rikanın Milli Fövqəladə Hallar Komissiyası tropik fırtına səbəbindən ölkədə 773 nəfərin evakuasiya olunduğunu elan edib. Komissiyanın məlumatına görə, “Eta” ölkənin infrastrukturuna ciddi ziyan vuran və müxtəlif yaşayış məntəqələrində yolları zədələyən və ya dağıdan 69 sürüşməyə səbəb olan şiddətli leysan yağışları “gətirib”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu