Nikol Paşinyan: “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq”


Bir neçə gün əvvəl Qarabağdakı münaqişənin diplomatik yolla həlli barədə danışmağın mənasız olduğunu deyən Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə məğlub olduğunu boynuna alıb.



O, bu dəfə xalqa müraciətində ölkəsinin Dağlıq Qarabağ məsələsində güzəştə getməyə hazır olduğunu deyib.

"Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün güzəştə hazırdır” deyən Paşinyan biabırçı vəziyyətdə olduqlarını etiraf etməli olub.

"Biz qarşılıqlı güzəştlərə, hətta bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq”, - deyən Paşinyan növbəti dəfə acizliyini nümayiş etdirib.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə erməni hərbçilərin narazılığını, acınacaqlı durumunu və fərariliyini əks etdirən videogörüntülər yayılır. Videolardan da aydın görünür ki, qarşı cəbhədə həm intizam, həm də təminat baxımından çox ciddi problemlər var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu