“Ermənistan Hadrutun azad olunması ilə barışmır, mülki vətəndaşları hədəfə alır”


"Ermənistan Hadrutun işğaldan azad olunması və onun bizim nəzarətimizə keçməsi ilə heç cür barışa bilmir və mülki vətəndaşlarımızı hədəfə almaqda davam edir. Ermənistanın Gəncədə yaşayış binalarını hədəfə alması işğalçı ölkənin dövlət səviyyəsində terror siyasətini davam etdirməsidir”.



Bu barədə deputat Vüqar Bayramov sosial şəbəkədə yazıb. O qeyd edib ki, Gəncəni atəşə tutmaqla düşmən ölkə vətəndaşlarımız arasında panika yaratmaq və savaşın coğrafiyasını genləşdirməyə çalışsa da əhali arasında əhval-ruhiyyə yüksək olaraq qalmaqdadır:

"Ermənilərə son şans verilmişdi, anlamadılar. Ali Baş Komandanımıza, Ordumuza güvənərək qələbə qazanacağımıza, erməni işğalına son qoyulacağına inanırıq. Bizim işimiz haqq işidir!"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu