“Moskva görüşü çox şeyə aydınlıq gətirəcək” - İlham Əliyev


“Bu gün Moskvada keçirilən görüş bir çox şeylərə aydınlıq gətirəcək”.



“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev xalqa müraciətində deyib:

"Hesab edirəm ki, Moskvadakı bu tarixi görüş bir sıra məsələlərə aydınlıq gətirəcək. Onlar baza prinsiplərini qəbul etməlidirlər. Halbuki Paşinyan demişdi ki, qəbul etməyəcək. Paşinyan deyirdi bir qarış torpaq verməyəcəm, nə oldu indi? İndi onun-bunun dabanını yalaya-yalaya qalmısan. Kimdi səndən soruşan verəcəksən torpağı, ya yox?

Biz qanunlar çərçivəsində fəaliyyət göstəririk, başqasının torpağında gözümüz yoxdur, öz torpağımızı heç kimə verməyəcəyik. Nə zəng edib dünya prezidentlərinin zəhləsini tökürsən? Başlarını xarab edirsən? Məsləhət verərdim bir şamanlara da zəng eləsin. Ya adada bir qəbiləyə.

Ermənistanın Baş Naziri lətifə personajına çevrilib. Öz ölkəsini bu qədər rəzil edən bəlkə də dünya miqyasında ikinci adam olmayıb. Çünki gəlib başqasının torpağında oturub və oradan çıxa bilmir.

Azərbaycan xalqına deyirəm: Biz torpaqlarımızı alacağıq! ”, - deyə dövlət başçısı bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu