“Məqsədimiz işğalçı Ermənistan ordusunu torpaqlarımızdan qovmaqdır”


"Sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı başladığı növbəti təcavüz aktına cavab olaraq ölkəmizin öz ərazisində apardığı əks hücum əməliyyatlarının fonunda qondarma rejimin “başçısı” son günlər yenə sərsəmləməyə başlayıb. Əli günahsız azərbaycanlı mülki əhalinin, o cümlədən körpələrin qanına batmış və törətdikləri cinayətlərə görə Azərbaycan qanunları qarşısında cavab verəcək bu kriminal ünsürlər öz “ağıl”ları və “məntiq”ləri ilə öz aləmlərində guya Azərbaycanı “təhdid” edirlər".



Bu sözləri Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, millət vəkili Tural Gəncəliyev deyib.

O bildirib ki, əsas məqsəd işğalçıları ölkədən qovmaqdır:

"Ağlı, dərrakəsi olmayan məhz Ermənistandır, onun əlaltısı olan qondarma xunta rejimidir ki, başqa ölkənin ərazisini işğal edib, yüz minlərlə azərbaycanlını doğma yurdlarından qovub və beynəlxalq hüququ ayaq altına ataraq, BMT Təhlükəsizlik Şurasının işğalçı qoşunların torpaqlarımızdan çəkilməsini tələb edən qətnamələrini icra etmir.

Sentyabrın 30-da yaralı əsgərlərlə görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın erməni xalqı ilə işi yoxdur.

Bizim məqsədimiz işğalçı Ermənistan ordusunu öz torpaqlarımızdan qovmaqdır. Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edəcək və bundan sonra doğma yurdlarına qayıdacaq Dağlıq Qarabağın azərbaycanlı icması olaraq bizlər Azərbaycanın erməni mənşəli vətəndaşları ilə sülh şəraitində birgə yaşayacağıq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu