Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi


Macarıstan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir.



Bu barədə ölkənin Xarici İşlər və Ticarət Nazirliyinin bəyanatında bildirilir:

“Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq miqyasda tanınan sərhədləri daxilində yerləşir. Macarıstan da beynəlxalq hüququn təməl prinsipi olaraq dövlətlərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”.

Nazirlikdən həmçinin Dağlıq Qarabağ münaqişəsi ətrafındakı gərginliyin səngiməsinə, məsələnin ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə həllinə tərəfdar olduqlarını da diqqətə çatdırıblar.(Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu