"Azvirt" şirkəti yüzlərlə fəhləni işsiz qoyub




Uzunluğu 150 kilometr olan, tam istifadəyə verilməsi 2021-ci ilin ikinci yarısında nəzərdə tutulan Bakı-Quba-Rusiya sərhədi ödənişli yolunda tikinti işləri dayandırılıb. Bununla əlaqədar olaraq yüzlərlə işçi qeyri-müəyyən müddətə ödənişsiz məzuniyyətə göndərilib. Pandemiya dövründə işçilərin ödənişsiz məzuniyyətə göndərilməsinin səbəbi açıqlanmır.



AFN xəbər verir ki, bu barədə iqtisadçı alim Qubad İbadoğlu məlumat yayıb. O qeyd edib ki, bu yolun əsas hissəsində tikinti işlərini ölkədə çoxsaylı layihələrin podratçısı olan "Azvirt" MMC digər şirkətlərlə birgə həyata keçirir.
"Azvirt" MMC-nin səhmlərinin 30 faizi "Martin Beteiligungs GmbH & Co KG" (Almaniyada qeydiyyatdan keçib), 25 faizi "Falcom Holding s.a.r.l" (Lüksemburqda qeydiyyatdan keçib), 25 faizi Elnur Əliyevə, 20 faizi isə "Walz GmbH & Co KG" (Almaniyada qeydiyyatdan keçib) məxsudur. Son maliyyə hesabatından məlum olur ki, şirkətin ötən il ərzində cəmisi 602 min manat xalis mənfəəti olub.
Məsələ ilə bağlı "Azvirt" MMC-yə zəng etsək də, suallarımızı cavablandıracaq şəxslə əlaqə saxlaya bilmədik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu