Azərbaycanda karantin rejimi qaydalarını pozan vəkil həbs edilib
Bakıda karantin rejimi qaydalarını pozan şəxs həbs edilib.
AFN APA-ya istinadən xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü, “Mərkəz” Vəkil Bürosunun vəkili Nadirov Elçin Zahir oğlu karantin qaydalarını pozduğu üçün saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib.
Xətai rayon Məhkəməsində hakim Lalə Rəhimlinin sədrliyi ilə keçirilən prosesdə Elçin Nadirov 1 ay müddətinə inzibati qaydada həbs edilib.
Qərardan narazı qalan vəkil apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində onun şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.