Azərbaycanın Serbiyadakı səfiri tapşırıq aldı




“Azərbaycanın Serbiyadakı səfirliyinə müvafiq tapşırıq verilib”.



Bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, Ermənistana silah satışı ilə bağlı Serbiya tərəfi məsələni araşdırır: “Onlar Azərbaycanın müraciətinə cavab verəcəklər”.

Azərbaycan Prezidentinin köməkçisi onu da qeyd edib ki, Ermənistan bu silahlardan mülki obyektləri hədəf almaq üçün istifadə edir: “Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən saxta şirkətlər yaradılır, ucuz qiymətə alınan silahlar üçüncü tərəflərə satılır, bu silahların terrorçuların əlinə keçməsi faktları da var. Ona görə də Ermənistanla bu sahədə əməkdaşlıq edən ölkələri diqqətli olmağa çağırırıq”.

Xatırladaq ki, srağagün virtualaz.org “Tovuzu bombalamaq üçün minaatanları Serbiya göndərib, Gürcüstanın köməyi ilə...” sərlövhəli Redaksiya məqaləsi (ttps://virtualaz.org/aktual/165817) dərc etmişdi. Həmin yazıda hərbi mənbələrə istinadən bildirmişdik ki, Ermənistan ordusunun Azərbaycanla sərhəddə iyulun 12-dən başladığı və dörd gün davam edən xain təcavüz əməliyyatından bir neçə gün əvvəl Serbiyadan Ermənistana quru yolu ilə, Gürcüstan üzərindən iri partiyada müxtəlif çaplı minaatan mərmiləri çatdırılıb...

Onu da xatırladaq ki, Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu