Vətənini sevən hər kəs mövqeyini bidirməlidir: Emin Ağalarov cəbhədəki gərginlikdən yazdı-FOTO




Respublikanın xalq artisti Emin Ağalarov Ermənistan hərbi birləşmələrininin Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətindəki dövlət sərhəddində təxribat törətməsi ilə bağlı fikirlərini bölüşüb.



Musavat.com xəbər verir ki, o, sülhün bərqərar olması üçün Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoymalı olduğunu vurğulayıb.

"Hörmətli izləyicilər, Azərbaycanın Ermənistanla sərhədində münaqişənin kəskinləşməsi ilə əlaqədar olaraq vətənini sevən və xalqı qiymətləndirən hər kəs öz vətəndaş mövqeyini və dəstəyini bildirməlidir.

Cənubi Qafqaz bölgəsində sülh və sabitliyi təmin etmək üçün Ermənistanı Azərbaycan ərazilərinin işğalına son qoymağa çağırırıq.

Hər kəsə yalnız sülh diləyirik və bütün şəhidlərin, həlak olmuş qəhrəmanların ailələrinə başsağlığı veririk.

Hörmət və böyük sevgi ilə öz ölkəsinə, köklərinə bağlı olan Emin Ağalarov".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu