Kreml: Aya Sofyanın statusu ilə bağlı qərar Türkiyənin daxili işidir




Aya Sofya məbədinin statusu ilə bağlı qərar Türkiyənin daxili işidir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz şərh edə bilmərik. Bu, Türkiyə Cümhuriyyətinin daxili işidir. Bilirsiniz, bununla bağlı patriarxın Rus Pravoslav kilsəsinin fikrini ifadə etdiyi bəyanatı olub. Rusiya XİN başçısının müavini Sergey Verşininin də bu barədə bəyanatı var. Mən ancaq onu deyə bilərəm ki, sözsüz ki, Aya Sofyanın ümumdünya mədəni irsi obyekti statusu kimi diqqətə alınacağına ümid edirik”, - deyə D. Peskov qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu