Tərtərdə koronavirusa qarşı dezinfeksiya tədbirləri davam etdirilir - FOTOLAR
Tərtərdə Koronavirus (COVİD-19) infeksiyasına qarşı dezinfeksiya tədbirləri davam etdirilir.
Tərtər rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı rayon ərazisində yerləşən inzibati və çoxmənzilli yaşayış binalarında dezinfeksiya işləri mütəmadi olaraq davam etdirilir.