Tərtərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılır
Tərtər rayonunda koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görülür.
Rayon İcra Hakimiyyətindən AFN-ə verilən məlumata görə, rayonda koronavirusa yoluxma hallarına yol verilməməsi, bu sahədə aparılan profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilən qrafik əsasında növbəti dəfə dezinfeksiya işləri həyata keçirilib.
Şəhərinin küçə və prospektləri, yaşayış binalarının ətrafı və insanların kütləvi toplaşdığı başqa yerlərdə yoluxucu xəstəliklərin profilaktikası məqsədilə kütləvi dezinfeksiya işləri aparılıb.