"Azərişıq"da dezinfeksiya işləri aparılır
"Azərişıq" ASC-nin inzibati binasında,cəmiyyətin region və rayon elektrik şəbəkələrində,Tədris mərkəzlərində,Nəqliyyat və Texniki-Təminat İdarəsinin inzibati binasında,199 saylı cağrı mərkəzinin inzibati binasında dezinfeksiya işləri həyata keçirilib.
Qurumun mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, koronavirus infeksiyasının Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə görülən qabaqlayıcı tədbirlər mütəmadi davam etdirilir