Tərtərdə dezinfeksiya işləri davam etdirilir
Tərtər rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının inzibati binalarında dezinfeksiya işləri davam etdirilib.
RİH-dən AFN-ə verilən məlumata görə, qəbul edilmiş tədbirlər planına uyğun olaraq Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının inzibati binalarında xüsusi vasitələr ilə dezinfeksiya işləri aparılıb.