Tərtərdə dezinfeksiya işləri davam etdirilir
Tərtər rayonunda çoxmənzilli yaşayış binalarında, inzibati binalarda və küçələrdə dezinfeksiya işləri mütəmadi olaraq davam etdirilir.
Rayon İcra Hakimiyyətindən AFN-ə verilən məlumata görə, dezinfeksiya işlərində həm texnikadan, həm canlı qüvvədən istifadə olunur. Şəhərin küçələri, kənlər, ictimai əhəmiyyətli obyektlərin içərisində dezinfeksiya işləri aparılır.