Tərtərdə xüsusi karantin rejimi dövründə pandemiya ilə ciddi mübarizə aparılır
Tərtərdə koronavirus epidemiyasına qarşı dezinfeksiya və tibbi profilaktika işləri davam etdirilir.
AFN xəbər verir ki, Tərtər şəhərində çoxmənzilli yaşayış binalarının həyətləri, binaların girişləri, su anbarlarını ətrafı eləcə də sakinlərin daha çox istifadə etdiyi yerlər karantin qaydalarının tələblərinə uyğun şəkildə dezinfeksiya olunur. İnfeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə rayonun bütün yaşayış məntəqələrində könüllülər tərəfindən əhali arasında maarifləndirmə işləri davam etdirilir. Profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə rayonun idarə, müəssisə və təşkilatlarında sanitar-gigiyenik vəziyyətə ciddi nəzarət olunur.