Dördüncü əməliyyatdan sonra Oqtay Gülalıyevin vəziyyəti necədir? - Oğlu




Dördüncü dəfə əməliyyat olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti stabildir.



Bunu Qaynarinfo-ya açıqlamasında hazırda Türkiyədə müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev deyib. Onun sözlərinə görə, Oqtay Gülalıyevin səhhətində hər hansı geriləmə yoxdur:

"Vəziyyəti stabildir. Geriləmə yoxdur. Həkimlər deyir ki, hələ gözləmək lazımdır. Əslində hazırda olunan əməliyyatın elə də effekti gözlənilmir. Bu əməliyyatda kəllə-beyin sümüyü yerinə əvəzləyicisi qoyuldu. Yalniz bir tərəf üzərində yatmasın deyə. Həm də beyin ilə dəri arasına qoyulan cism götürüldü. Hansı ki, o cism beynin dəriyə yapışmaması üçün idi".

Qeyd edək ki, oktyabrın 29-u saat 17:20-də paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi "Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Daha sonra O.Gülalıyev Heydər Əliyev Fondunun ayırdığı xüsusi ambulans təyyarə ilə Türkiyəyə aparılıb və İstanbul şəhərindəki Avrasiya Xəstəxanasına, oradan isə Amerikan Xəstəxanasına yerləşdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu