Məlahət İbrahimqızı jurnalistdən üzr tələb etdi: "Karantin istirahətində zəng vurmusuz..."




Jurnalist Ruzbeh Məmməd maraqlı vəziyyətlə üzləşib.



Belə ki, o xanım deputatlardan birinə zəng edib mövqe almaq istərkən müsahibindən qəribə irad eşidib: "Dedi ki, karantin istirahətində zəng vurduğunuz üçün ilk öncə üzr istəməlisiniz, deməlisiniz ki, sizdən üzr istiyirəm, sizi istirahət vaxtında narahat edirəm, sonra sualınızı şərh etməliyəm. Mən heç vaxt, heç bir deputatdan zəng etdiyim üçün üzr istəmərəm. Ona görə ki, şəxsi işim üçün zəng etmirəm. Deputatlar bir az jurnalistlərə qarşı sayğılı olsunlar. Bu, həm də bir ziyalı olmağın göstəricisidir".
AFN-ə açıqlamasında jurnalist bildirdi ki, həmin deputat YAP-çı millət vəkili Məlahıt İbrahimqızıdır: "İyunun 17-si tibb işçilərinin peşə bayramıdır. Bu münasibətlə koronavirusla mübarizə aparan həkimlər, tibb işçiləri haqda fikirlərini almaq üçün bir neçə şəxsə, o cümlədən Məlahət İbrahimqızına müraciət etdim. Xanım millət vəkili sualımı cavablandırsa da, qeyd etdiyim fikirləri mənim üçün gözlənilməz və xoşagəlməz oldu. Koronavirusa görə evdə qalmaq heç də istirahət etmək demək deyil. Biz jurnalistlər işləyiriksə, deputatlar niyə bizdən üzr gözləyirlər onlardan rəy aldığımız üçün?"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu