Tərtərdə yerləşən mədəniyyət müəsisələri dezinfeksiya olnub - FOTOLAR
Tərtər rayonunun mədəniyyət müəssisələrində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə dezinfeksiya işləri davam etdirilib.
Tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər Tərtər rayon icra hakimiyyətinin tədbirlər planına əsasən həyata keçirilir. Rayonun Heydər Əliyev prospektində yerləşən Mədəniyyət evi, Tarix Diyarşünaslıq Muzeyi və Heydər Əliyev Mərkəzinin ekspozisiya zalı, fond və inzibati otaqları dezinfeksiya olunub.