Azərbaycan Vətəndaş Hərəkatının Məclisinin toplantısı keçirilib




30 may 2020-ci il tarixdə Azərbaycan Vətəndaş Hərəkatının Məclisinin növbəti toplantısı keçirilib. İdarə Heyətinin üzvü Azər Həsənsoyun sədrliyi ilə keçirilən iclasda təşkilati məsələlərin müzakirəsi zamanı Hərəkata yeni üzvlər (AsimVəliyev, Ceyhun Bayramlı, Fərman Salmanlı, Müşviq İbişov) qəbul edilib.



Daha sonra Hərəkatın maliyyə hesabatı İdarə Heyətinin üzvü Anar Nəsibovun məlumatı əsasında dinlənilib və qənaətbəxş hesab edilib. Hərəkatın İdarə Heyətinin üzvü və icraçı direktoru Mübariz Göyüşlü İdarə Heyətinin üzvü Vüsal Hətəmov AVH-nin bundan sonra da ölkənin ictimai-siyasi, elmi-mədəni, sosial-iqtisadi sahəsində önəmli rol oynayan qurumların təmsilçiləri və şəxslərilə görüşlərinin davam etdirilməsini, qarşılıqlı faydalı əməkdaşlıq əldə olunmasına çalışılması təklifi dəstəklənib.

Müzakirələrdən sonra Hərəkatın Məclisinin üzvləri Sahil Abbaslı gənclərlə və könüllülərlə iş üzrə koordinator, Ceyhun Bayramlı isə əlaqələr üzrə koordinator təyin olunublar. Hərəkatın İdarə Heyətinin üzvü Anar Turan, Hacı Həsənov AVH-nin baş verən ictimai-siyasi, milli və dövlətçilik məsələləri ilə bağlı aktiv olmasının, Hərəkat üzvlərinin bu məsələlərə münasibət bildirməsinin zəruriliyini bildiriblər. Qərara alınıb ki, ölkə əhəmiyyətli məsələlərdə AVH üzvləri mövqelərini mediada, sosial şəbəkələrdə müntəzəm şəkildə açıqlasınlar.

AVH Məclisinin üzvləri Fərman Salmanlı və Asim Vəliyev 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Hərəkat üzvlərinin, Qafqaz İslam Ordusunun şəhid hərbiçilərinin Xocahəsən qəsəbəsində yerləşən məzarını ziyarət etməsini təklif edib.AVH Məclisinin üzvləri Tural Abasquliyev, Elmir Mehdiyev, Anar Atakişiyevin qeydlərindən sonra təklif qəbul edilib. Qərara alınıb ki, şəhid hərbiçilərin məzarının düzəldilməsi üçün aksiya həyata keçirilsin. Sonda Hərəkatın fəaliyyətinin daha da aktivləşdirilməsi üçün müxtəlif təkliflər verilib və onların gələcəkdə həyata keçirilməsi qərarlaşdırılıb.(Xeberlent.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu