Maskalı şəxslər evə basqın etdilər - Ev sahiblərini döydülər
Mingəçevirdə maskalı şəxslər evə basqın edib.
Bakupost-un məlumatına görə, şəhərin A. Puşkin küçəsi, 37 saylı mənzildə baş verib.
3 nəfər naməlum şəxs ev sahibi Rəna Allahverdiyeva və onun həyat yoldaşı Mahir Allahverdiyevə hücum edərək hər iki şəxsə müxtəlif bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar.
Faktla bağlı araşdırma aparılır.