“Azərişıq” ASC qəhrəman abonentlərini mükafatlandırıb
Ulu öndərin şəxsiyyəti, fəaliyyəti haqqında danışmaqla mövzu tükənməz, buna zaman da yetməz, amma onun diqqət və qayğısını şəxsən hiss etmiş insanların, İkinci dünya müharibəsi veteranlarının dahi lider haqqında fikirləri daha böyük marağa səbəb olur.
"Azərişıq" ASC-dən AFN-ə verilən məlumata görə, Böyük Vətən müharibəsindəki qələbələrinin 75-ci ildönümünü qeyd edən veteranlar bu gün onlara daim diqqət, qayğı göstərmiş Ulu öndərin doğum günündə yenidən sevindiriliblər. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları 7 region üzrə 17 rayonda bölgələrdə yaşayan veteranlara hədiyyələr təqdim edib.