Moskvada koronavirus qurbanlarının sayı 700-ü ötdü




Rusiyanın paytaxtı Moskvada daha 34 nəfər koronavirusdan ölüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Profilaktika üzrə Operativ Qərargahı məlumat yayıb.

Məlumata görə, Rusiya paytaxtında koronavirusdan ölənlərin sayı 729 nəfərə çatıb. Qeyd edilir ki, virusa yoluxmuş 15 minə yaxın şəxs xəstəxanalardan buraxılıb.

Rusiyada ümumilikdə 124 054 nəfərə COVID-19 diaqnozu qoyulub. Ölkə dünyada koronavirusa yoluxma hallarının sayına görə 7-ci yer tutur.

Dünyada COVID-19-a ən çox yoluxma halları ABŞ, İspaniya və İtaliyada qeydə alınıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu