Rusiyada nazir və müavini koronavirusa yoluxdu




Rusiyanın İnşaat naziri Vladimir Yakuşevlə müavini Dmitri Volkov koronavirusa yoluxub.



“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

“Şəhər xəstəxanalarının birində həkimlərin nəzarəti altında müalicə alacam. Əlaqədə olacam”, - deyə mətbuat xidməti nazirin sözlərini sitat gətirib.

Qeyd edək ki, İnşaat nazirinin səlahiyyətləri müvəqqəti olaraq Yakuşevin digər müavini Nikita Stasişinə tapşırılıb.

Xatırladaq ki, dünən Baş Nazir Mixail Mişustinin də koronavirusa yoluxduğu elan edilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu