Ağacların dibinə beton tökən şirkət cəzalandırıldı - FOTOLAR




Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bayıl qəsəbəsi, Ziya Yusifzadə ünvanında ağacların dibinin betonlanması ilə bağlı daxil olan məlumat əsasında sözügedən ünvana baxış keçirilib.



Bu barədə Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

O qeyd edib ki, araşdırma zamanı sözügedən ünvanda tikinti işləri aparan “Sabah Residens” MTK tərəfindən 16 müxtəlif cinsli ağacın gövdəsinin betonlandığı müəyyən edilib:

“Faktla bağlı akt tərtib olunub və “Sabah Residens” MTK hüquqi şəxs qismində 4000 manat məbləğində cərimə edilib.

Ağacların dibinin təmizlənməsi ilə bağlı MTK-ya Nazirliyin əməkdaşları tərəfindən göstəriş verilib və ağacların dibi şirkətin işçiləri tərəfindən betondan təmizlənib”.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu