Alimlər xərçəngi daha tez müəyyənləşdirməyin yolunu tapdı
ABŞ-da aparılan araşdırma zamanı hələ simptomlarını göstərməmiş xərçəng xəstəliyini bir növ qan analizi ilə müəyyənləşdirməyin mümkün olduğu ortaya çıxıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, xəstəlik simptomu müşahidə edilməyən minlərlə insan üzərində test aparılıb və ilk dəfə qan analizi ilə bir çox xərçəng növünü müəyənləşdirmək mümkün olub.
Tədqiqatı aparan Cons Hopkins Universitetinin alimi Nikolas Papadopoulos testin sadəcə 65-75 yaş qrupunda olan qadın və kişilərdə aparıldığını, daha dəqiq nəticə almaq üçün fərqli yaş qruplarında da sınaqlara ehtiyac olduğunu bildirib.