Gürcüstanda koronavirusa görə kütləvi testə başlanıldı




Gürcüstanda koronavirusa görə kütləvi testlərin keçirilməsinə başlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze bildirib.

O deyib ki, Marneuli, Bolnisi və Tetritsakro rayonlarında test yoxlamaları artıq aparılır: “Virusun yayılması ocaqlarının müşahidə olunduğu bütün digər regionlarda da kütləvi test həyata keçiriləcək”.

Nazir kütləvi testi tamamilə düzgün taktika adlandırıb.

E.Tikaradze qeyd edib ki, testlər xarici ölkələrdən gecikmə olmadan Gürcüstana çatdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu