İspaniyada koronavirusdan ölüm azalır
İspaniyanın Səhiyyə Nazirliyi ölkədə koronavirusa yoluxma və ölüm hallarının statistikasını açıqlayıb.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, yeni koronavirusdan ölümün bir günlük artımı 288 nəfər təşkil edib. Ölkədə ölüm hallarının ümumi sayı 23 190-a çatıb.
İspaniyada 20 martdan sonra ilk dəfə bir gün ərzində COVID-19-dan ölüm faizinin ən aşağıgöstəricisi qeydə alınıb.Martın 20-də bu rəqəm 235 təşkil edib.
Ölkədə son gün ərzində koronavirusa yoluxanların sayı 1 729 nəfər təşkil edib. Bununla da COVID-19 xəstələrinin ümumi sayı 225 488-ə yüksəlib.
Ötən gün İspaniyada 3 024 xəstə sağalıb. Pandemiya müddətində sağalaraq xəstəxanalardan evə buraxılanların sayı 98 732 nəfər təşkil edir.