İsrailin səhiyyə naziri istefa verdi




İsrailin səhiyyə naziri Yaakov Litzman vəzifəsindən istefa verib.

Bu barədə İsrailin “13”-cü kanalı məlumat yayıb.

Qeyd olunub ki, nazir istefası haqqında ərizəni Baş nazir Benyamin Netanyahuya təqdim edib.

Telekanalın jurnalistləri qeyd edirlər ki, Yaakov Litzmanın koronavirus epidemiyasının qarşısını almaqla bağlı yürütdüyü siyasət ciddi tənqidlərlə üzləşib.

Xatırladaq ki, İsrailin səhiyyə naziri Yaakov Litzmanın özü də koronavirus infeksiyasına yoluxmuşdu. //“Report”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu