Bolnisidə koronavirusa yoluxanların sayı 60-ı ötdü




Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Bolnisi rayonunda koronavirusa bir yeni yoluxma halı qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bununla da rayonda COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 61-ə çatıb.

Onların dördü sağalıb, ikisi isə ölüb.

Bolnisi sakini olan daha 99 nəfərin koronavirusla bağlı analiz nümunəsi laboratoriyaya göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu