Parisdə küçələrin təmizliyində istifadə edilən suda koronavirus tapıldı





Fransanın paytaxtı Parisdə küçə təmizliyi və ya park və bağçaları sulamaq üçün istifadə edilən və içməli olmayan suda “koronavirus izləri” tapılıb.

“Report” “Euronews”a istinadən xəbər verir ki, bunu paytaxtın səlahiyyətli nümayəndələri bildiriblər.

Məlumata görə, Parisdə 27 fərqli yerdən alınan nümunələr laboratoriyada incələnib. Sonucda 27 nümunədən 4-də koronavirusun izləri aşkarlanıb.

Bununla bağlı şəhərin su idarəsi sözügedən mənbələrə su axınını dayandırıb, ancaq içməli suda riskin olmadığı vurğulanıb.

Qeyd olunub ki, Parisdə içməli su fərqli nöqtələrdən təmin edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu