Məşhur rejissor koronavirusdan öldü




Rusiyalı rejissor İvan Şoqolev koronavirus infeksiyasının qurbanı olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Kinematoqrafçılar Birliyi yayıb.

“Peşə dövrü ərzində İvan Şoqolev bir çox şeyi edə bildi. O, kino və televiziya sahəsində çox işləyib, gələcək planlarında maraqlı layihələr var idi”, - açıqlamada vurğulanıb.

Qeyd edək ki, 59 yaşlı İ.Şoqolev “Amerikalı baba”, “Demək olar ki, ailə detektivi”, “Morozova”, “Svetoçnaya küçəsində kabus” və s. filmlərin rejissoru olub.

Xatırladaq ki, Rusiyada indiyədək qeydə alınmış yoluxma hallarının sayı 52 mini ötüb. Onlarda 3 873 nəfəri sağalsa da, 456 nəfərin həyatını xilas etmək mümkün olmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu