Belçikada koronavirusa yoluxanların sayı 40 minə çatır




Belçikada son 24 saatda koronavirusa yoluxanların sayı 1 478 nəfər artıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Belçika Səhiyyə Nazirliyinin Böhran Qərargahı məlumat yayıb.

Ölkədə virusa yoluxanların ümumi sayı 39 983-ə çatb. Son sutkada 168 nəfər COVID-19-un qurbanı olub. Ümumilikdə krallıqda koronavirusdan 5 828 nəfər ölüb.

Qeyd edək ki, Belçikada sosial təcrid rejimi mayın 3-dək qüvvədə olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu