Koronavirusa yoluxmada ŞOK RƏQƏMLƏR: 2,5 milyona yaxınlaşır
Dünya miqyasında koronavirusa yoluxma faktı 2 milyon 407 min 537-yə çatıb.
Publika.az xəbər verir ki, 165 min 82 nəfər infeksiya səbəbilə dünyasını dəyişib.
625 min 304 nəfər xəstəlikdən sağalıb.
Hazırda 1 milyon 617 min 151 nəfərin müalicəsi davam edir. Onlardan 54 min 211 nəfərin vəziyyəti ağırdır.
20 aprel tarixinə açıqlanan statistikada son bir neçə saat ərzində 962 yeni yoluxma, 51 ölüm qeydə alınıb.