İsraildə COVID-19-a yoluxanların sayı 12 minə çatır
İsraildə son sutkada COVID-19-a 633 yoluxma faktı qeydə alınıb.
“Report” “newsru”ya istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, son sutkada daha 7 nəfər koronavirusdan ölüb. Məlumata görə, İsraildə viusa yoluxanların sayı 11 868-ə, ölənlərin sayı isə 17-yə çatıb.
Qeyd edək ki, 180 minə yaxın israilli iki həftə evdə məcburi karantin rejimində olub.