Koronavirus aqrar sektorda da ciddi problemlər yaradır - EKSPERT




Koronavirusun aqrar sektora təsiri bizdə müzakirələrdən kənarda qalsa da, son günlər dünyada intensiv olaraq diqqət mərkəzindədir.



AFN xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşn Ağayev bildirib. Onun sözlərinə görə, rətbiq olunan karantinlər və sosial izolyasiya kooperativ və iri sahibkarlıq fromasında fermer təsərrüfatlarında insanların birgə çalışmasını çətinləşdirir: "Amma daha ciddi problem Fransa kimi ildə kənd təsərrüfatına 200000 xarici işçi qüvvəsi cəlb edən ölkələrdə yaranır. Kənardan işçi qüvvəsi idxalı dayanıb. Bir çox Avropa ölkələri məhz əcnəbi işçi qüvvəsi hesabına aqrar sektoru ayaqda saxlayır. Mövsüm isə artıq başlayır.
Yaxud İtaliya kimi koronavirusa təslim olmuş ölkələrin kənd təsərürfatında ciddi problem qaçılmazdır və onların idxalı daha da artacaq. Bir çox ölkələrdə kənd təsərrüfatı istehsalının azalması ərzaq qıtlığı və o isə yüksək qida inflyasiya yarada bilər.
Bizim üçün başqa problemdən narahatam - yaxın zamanlarda fermerlərin intensiv istifadə etdityi və məhsul bolluğunun təminatı üçün vacib şərt olan dərman və bağlama materiallarının ehtiyatlarının, toxumların idxal-ixrac əlaqələrinin xeyli məhdudlaşdığı zaman nə yerdərir? Nəzərə alaq ki, biz bu məhsulların hamısını - dərman vasitələrini, texniki vasitələri və toxumları idxal edirik.
Hər halda Kənd Təsərrüfatı Nazirliyi yəqin ki, ehtiyat anbarlarda vəziyyəti daha yaxşı bilir. Əgər ən azından qarşıdakı mövsüm üçün ehtiyaclara uyğun hər çeşid dərmanlama və digər zəruri texniki vasitələrin (həm pestisidlər, həm gübrə və toxumlar, həm də texnika üçün ehtiyatlar) yaxın bir ayda ölkəyə gətirilməsi üçün plan olmalıdır.
Əgər virus problemi 1-2 ayda həllini tapmasa, dünya üçün ərzaq böhranı da xeyli real görünən ssenaridir. Bu baxımdan hətta ərzaq ixracına embarqolar da ən pis ssenari kimi göz altına alınmalıdır.
Ümid edirəm hökumətin təqdim eləməyə hazırlaşdığı dəstək proqramında kiçik və orta fermer təsərrüfatlarına da yardım nəzərdə tutulacaq. Ən azından lizinq vasitəsilə alınmış texnika və digər vasitələrin ödənişində güzəştlər, bank kreditəlrinin qaytarılmasına dəstək üçün təşəbbüslər olacaq.
Yaxın zamanlar bəşəriyyət üçün həkimlərlə yanaşı fermerlərin də dəyəri normal şərtlərdə olduğundan daha yüksəkdir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu