Özbəkistanda yeni koronavirusa yoluxma halları aşkarlanıb
Özbəkistanda daha 5 nəfərdə yeni növ koronavirus aşkar edilib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyinin məlumatına görə, martın 15-də Fransadan qayıdan qadına respublikada ilk dəfə COVID-19 xəstəliyi diaqnozu qoyulub. Son faktlardan sonra ölkədə yoluxanların ümumi sayı 55 nəfərə çatıb.