Dünyada koronavirusa yoluxanların sayı 200 mini ötüb
Dünya ölkələrində yeni növ koronavirusa yoluxanların sayı 200 mini ötüb.
APA-nın “Hürriyyət”ə istinadən verdiyi xəbərə görə, koronavirusdan ölənlərin sayı isə 8 mindən çoxdur.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına əsasən, 166 ölkədə koronavirusa yoluxma halı qeydə alınıb.