Ekspert: Xaricdəki azərbaycanlı tələbələr çətin vəziyyətdədir




"Tələbələr ümumi yataqxanalardan çıxarılıb, kirayə evlərinə təhvil verib, nə geri qayıda, nə də irəli gedə bilirlər”.



AFN xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu bildirib.

O, xaricdə yaşayan soydaşlarımıza müraciət edərək ölkədən kənarda təhsil alan tələbələrə sahib çıxmasını xahiş edib:

"Avropada əlacsız və çıxılmaz vəziyyətdə qalan tələbələrlə bağlı hələ də rəsmi reaksiya yoxdur. Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Avropa ölkələrindəki səfirliklər hərəkətə gəlin, məsuliyyəti bir-birinizin üstünə atmayın, sonra gec olacaq. Avropa koronavirusun episentrinə çevrilib. Tələbələr isə ümumi yataqxanalardan çıxarılıb, kirayə evlərini təhvil verib, nə geri qayıda, nə də irəli gedə bilirlər. Onların xərclikləri belə yoxdur. Bu qədər biganəlik, laqeyidlik olmaz! Xaricdə yaşayan həmvətənlərimizdən xahiş edirəm ki, tələbələrə köməkləri əsirgəməsinlər, imkanları olanlar tələbələrə sahib çıxsınlar”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu