Təhsildəki 1 həftəlik tətil belə kompensasiya olunacaq - AÇIQLAMA
“Koronavirus infeksiyası ilə bağlı ölkənin ali və orta ümumtəhsil ocaqlarında dərslərin bir həftəlik təxirə salınması kompensasiya olunacaq”.
Bunu təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, kompensasiya dərs ilinin uzadılmasının hesabına yox, əlavə dərs saatlarının salınması hesabına həyata keçiriləcək”.
Nazir müavini, həmçinin hazırda dərslərə verilən fasilənin müddətinin uzadılıb- uzadılmayacağından da danışıb. O bildirib ki, vəziyyətdən asılı olaraq məsələ ilə bağlı qərar veriləcək:
“Nazirlər Kabineti tərəfindən Qərargah yaradılıb. Proseslər izlənilir. Nəticədən asılı olaraq müvafiq qərar qəbul ediləcək. Bugünkü tarixə kimi müddətin uzadılması ilə bağlı fikirlər mövcud deyil”.