Ekspert: “Koronavirus Rusiya iqtisadiyyatına 100 milyarda başa gələ bilər”




Rusiya iqtisadiyyatına koronavirus epidemiyası üzündən yüz milyard rubl ziyan dəyə bilər.



Qaynarinfo xəbər verir ki, bu fikri G.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin İqtisadi nəzəriyyə kafedrasının dosenti Oleq Çeredniçenko deyib.

Bununla yanaşı, ekspert etiraf edib ki, virusun inkişafının kəskin mərhələsindən sonra bəzi sektorlar vəziyyəti "geri qaytara" bilər, lakin iqtisadiyyatın bəzi sektorları buna qadir deyil.

"Virusun inkişafının kəskin dövründə Rusiya iqtisadiyyatının itkilərinin məcmu qiymətləndirməsi 100 milyard rubla çata bilər. Lakin pik mərhələdən sonra vəziyyətin "qismən" geri qayıtması mümkündür, yəni gələn ayın əvvəlindən Çin iqtisadiyyatı itkiləri kompensasiya etmək üçün var gücüylə cür səy göstərəcək.

Təəssüf ki, bütün sənaye sahələri itirilənləri geri qaytara bilməyəcək və turizm də onlardan biridir. Son bir ayda zərərlərinin ilkin qiymətləndirilməsi təxminən 6 milyard rubl təşkil edir", - deyə ekspert RİA-ya müsahibəsində izah edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu