Hər kəs Paşinyanın dəliyə döndüyü bu görüntülərdən danışır - İNANILMAZ VİDEO
Baş nazir Nikol Paşinyanın “sehirli qələm” əhvalatı Ermənistanda artıq bir necə gündür, əsas gülüş obyektinə çevrilib.
AFN axar.az-a istinadən xəbər verir ki, bir müddət öncə Paşinyana Ermənistanın Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyan qələm hədiyyə edib. Tovmasyanla düşmənçilik həddində olan Paşinyan bahalı qələmi rüşvət adlandırır və hədiyyəni qırır.
Maraqlı hadisələr bundan sonra başlayır. “Sehirli qələm” Nikolu təqib etməyə başlayır. Paşinyan hətta sosial şəbəkələrdə canlı video ilə bu qələm haqda danışır.
Münhendə isə bu qələm söhbətinin kulminasiyası baş verir. Ermənistanın baş naziri Moldova Prezidenti ilə söhbətə hazırlaşır. Birdən onun gözü masada olan qələmə sataşır. Paşinyan qələmi əlinə götürüb xeyli baxır. Onun şok vəziyyəti hamının diqqətini çəkir.
Ermənistan mətbuatı Paşinyanın bu qələm ilə sərgüzəştlərini bir videoyada birləşdirib.
Hazırda Ermənistanda ən çox müzakirə olunan bu görüntüləri sizə təqdim edirik: